Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

29 Aprel 2026 05:15 (UTC+04:00)

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

AzNews.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar aprelin 29-da saat 10:00-dan işlər başa çatanadək Ramana Südçülük sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Daş Karxanasının bir hissəsinin və Zığ kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd edilib.