Aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.