Peskov: "Rusiya OPEC+-dan çıxmağı düşünmür"

29 Aprel 2026 14:00 (UTC+04:00)

Rusiya Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümunəsini izləyərək OPEC+-dan çıxmağı düşünmür.

Kreml sözçüsü Dmitri Peskov bunu 29 apreldə keçirilən brifinqdə açıqlayıb.

"Xeyr," deyə o, müvafiq suala cavab verib.

Peskov həmçinin əlavə edib ki, Rusiya tərəfi BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarına hörmətlə yanaşır.

Mövsüm,

AzNews.az