Naxçıvanda duz istehsalı bərpa olunub

29 Aprel 2026 18:42 (UTC+04:00)

Naxçıvanda duzun emalı bərpa olunub.

Aznews.az xəbər verir ki, "Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.

Müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.