Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb

29 Aprel 2026 19:22 (UTC+04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,261 milyard manat təşkil edib.

Aznews.az xəbər verir ki, Məlumata görə, bu göstərici aylıq müqayisədə 97,2 milyon manat və ya 4,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 366,1 milyon manat və ya 19,3% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

AzNews.az