Bu ilin I rübündə Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən dövlət büdcəsiə 7,4 milyon manat ümumi faiz gəliri (yalnız xarici valyutada) daxil olub.
Aznews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir əldə edilmişdi.
Bundan əlavə, artıq ödənilmiş və “ƏDV geri al” layihəsi çərçivəsində vəsaitlərin geri qaytarılması üzrə ümumilikdə 61,8 milyon manat ƏDV məbləği formalaşıb. Bu vəsaitin 62,1 milyon manatı fiziki və hüquqi şəxslərə geri qaytarılıb, 0,3 milyon manatı isə dövlət rüsumu təşkil edib.