Xəzərdə zəlzələ olub

30 Aprel 2026 05:20 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:09-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.