Üçü qadın olmaqla, 12 nəfər edam edildi

23 Sentyabr 2013 08:12 (UTC+04:00)
İranda 12 nəfər edam edilib.

APA-nın məlumatına görə, onlardan 8-i Yəzd şəhərinin mərkəzi həbsxanasında narkotik maddələrin qaçaqmalçılığında, 4 nəfəri isə Qəzvin şəhərinin mərkəzi həbsxanasında qətldə günahlandırılaraq asılıb. Yəzddə edam olunanlardan 3-ü qadındır. Onların ad və soyadlarının yalnız baş hərfləri qeyd olunub.

Qərarlar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 19-da və 21-də icra edilib.

Qeyd edək ki, Həsən Ruhani prezidentlik vəzifəsinin icrasına başlayandan indiyədək İranda 100-ə yaxın adam edam edilib.


AzNews.az