İran prezidenti: ABŞ regional bazalarını qanuni hədəfə çevirib

30 Aprel 2026 12:50 (UTC+04:00)

ABŞ-nin bölgədəki hərbi bazaları ev sahibi ölkələri təhlükə altına qoyur və İrana öz ərazilərini qanuni hədəf kimi qəbul etməyə imkan verir.

Bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.

O, regionda xarici qüvvələrin mövcudluğunun təhlükəsizliyi yaxşılaşdırmadığını və əksinə gərginliyi artırdığını qeyd edib.

Pezeşkian əlavə edib ki, Hörmüz boğazındakı hər hansı bir təhlükəsizliyin məsuliyyəti ABŞ və İsrailin üzərinə düşür.

Mövsüm,

AzNews.az