Havada rekord: paraşütlə tullanarkən Rubik kubu 23 saniyəyə yığdı!

30 Aprel 2026 13:02 (UTC+04:00)

Almaniyadan olan 23 yaşlı bloger Tom Kopke (Tooleko ləqəbi ilə tanınır) Cənubi Afrikanın Mossel körfəzi üzərində paraşütlə tullanarkən Rubik kubunu 22,3 saniyəyə yığaraq dünya rekordunu qırıb.

Kopke bildirib: “Rubik kubunu ilk dəfə 18 yaşımda yığdım və o vaxt çox məşq edirdim. Hətta bir dəfə müxtəlif çılğın sınaqlar etdiyim videoda demişdim ki, bir gün bunu paraşütlə tullanarkən edəcəyəm”.

Rekordçu əlavə edib ki, o, həmişə paraşütlə tullanmağı öyrənmək arzusunda olub və əldə etdiyi bu nailiyyətdən sonra artıq bu mövzuda yeni “çılğın videolar” üçün ideyaları yaranıb. O həmçinin qeyd edib ki, bu nəticəni göstərdiyi səfərə böyük motivasiya ilə başlayıb.

Mövsüm,

AzNews.az