ABŞ hakimiyyəti yaxın vaxtlarda malik olduğu UFO (naməlum uçan obyektlər) ilə bağlı bütün məlumatları açıqlayacaq.
Bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Düşünürəm ki, yaxın gələcəkdə mümkün olan qədər çox [UFO məlumatını] açıqlayacağıq,” – deyə Tramp bildirib.
Onun çıxışının videosu Reuters agentliyinin YouTube kanalında yayımlanıb.
ABŞ lideri əlavə edib ki, bu materialların bir hissəsi ictimaiyyət üçün xüsusilə maraqlı ola bilər. O vurğulayıb ki, yaxın zamanda hərbi pilotlarla söhbəti zamanı onlar ona “inanılması mümkün olmayan” şeylərdən danışıblar.
Mövsüm,
Aznews.az