Qrip olduğunu düşündü və həkimə getmədi: Həyatının şokunu yaşadı

30 Aprel 2026 14:02 (UTC+04:00)

Qripə yoluxduğunu düşünən 23 yaşlı Talha Taşpınar xəstəliyi aylarla keçmədikdə tibb müəssisəsinə müraciət edib. Aparılan analiz və müayinələr nəticəsində onun 4-cü mərhələ xərçəng xəstəsi olduğu məlum olub və gənc böyük şok yaşayıb.

Taşpınar yaxınlarından birinin tövsiyəsi ilə Ankaradakı Atatürk Sanatoriya Tədris və Araşdırma Xəstəxanasının Döş qəfəsi cərrahiyyəsi klinikasına müraciət edib. Burada dosent doktor Ömər Faruk Dəmir və komandası tərəfindən yenidən müayinələr aparılıb.

Həkimlər əməliyyatın çox riskli olduğunu, lakin gənc yaşına görə bunu keçirmə ehtimalının yüksək olduğunu bildiriblər. Taşpınar razılıq verdikdən sonra əməliyyata götürülüb. Təxminən 6 saat davam edən əməliyyat nəticəsində şiş çıxarılıb. İki gün reanimasiyada qalan gənc sağaldıqdan sonra sevinc göz yaşları töküb.

“Soyuqladğımı düşündüm”

Xəstəliyin başlanğıcını izah edən Talha Taşpınar bildirib:
“Bu müddətdə məndə davamlı öskürək var idi, iştahsızlıq yaşayırdım. Yediyim yeməkləri də tez-tez qaytarmaq istəyirdim. Əvvəllər belə problemim olmamışdı. İlk dəfə idi və mən bunu sadəcə soyuqdəymə kimi qəbul etmişdim. Düşündüm ki, yəqin ciyərlərim soyuqlayıb. Nəfəs almaqda çətinlik çəkirdim, hətta su belə içə bilmirdim. Gecələr çox tərləyirdim. Bu şəkildə fərq etdim. Amma çox şükür ki, indi sağalmışam və çox xoşbəxtəm. Bu xəstəliyi yaşayanlar qorxmasın, Ankarada bunun çarəsi var. Bu xəstəxanaya gələrək özümü güvənlə təhvil verə bilərəm”.