Fars körfəzi və Hörmüz boğazında yeni bir mərhələ formalaşmaqdadır.
Aznews.az xəbər verir ki, bu, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin bəyanatında öz əksini tapıb.
“Amerikanın zahirən içi boş hərbi bazaları belə öz təhlükəsizliyini təmin etmək gücündə deyil, o ki qaldı regiondakı tərəfdaşlarının və Amerikapərəst qüvvələrin təhlükəsizliyini təmin etsin”, - o vurğulayıb.
Xamenei qeyd edib ki, Fars körfəzi regionunun parlaq gələcəyi — Amerikadan uzaq, öz xalqlarının inkişafına, rahatlığına və rifahına xidmət edən bir gələcək olacaq: “Biz Fars körfəzi və Oman dənizinin sularında yerləşən qonşularımızla eyni taleyi paylaşırıq və minlərlə kilometr uzaqdan tamahkarlıqla gəlib burada fitnə törədən yadellilərin bu bölgədə yeri yoxdur — onların yeri yalnız suların dibində ola bilər”.
İranın Ali Rəhbəri əlavə edib ki, “müqavimət” və “güclü İran” strategiyaları sayəsində əldə olunmuş "bu qələbələr zənciri" regionda və dünyada yeni bir nizamın başlanğıcı olacaq.
AzNews.az