Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel 2026 16:41 (UTC+04:00)

Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, bu ordenə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə layiq görülüb.