Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel 2026 18:14 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.

Aznews.az