Dağıstan rəhbəri Sergey Melikov respublikanın rəhbər vəzifəsindən ayrılaraq başqa bir vəzifəyə keçir.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Məlumata görə, Dağıstan nümayəndələri respublikanın rəhbəri vəzifəsinə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin, hökumətin başçısı postuna isə prezidentin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanovun namizədliyini irəli sürüblər.
Qeyd edək ki, Melikov 2020-ci ildən Dağıstana rəhbərlik edir. Bu vəzifəyə qədər o, "Rosqvardiya" rəhbərinin müavini olub.