Biz artıq qalib gəlmişik, amma daha böyük qələbə istəyirəm - Tramp

1 May 2026 01:16 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ artıq İran üzərində qələbə qazanıb, lakin daha böyük və inandırıcı qələbə istəyir.

Tramp bu barədə "Newsmax"a müsahibəsində bildirib.

“Biz artıq qalib gəlmişik, amma mən daha böyük qələbə istəyirəm”, – Ağ Ev rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri İranın donanmasını, hava qüvvələrini və radar sistemlərini məhv edib.