Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı bəyanatlarına təmkinli yanaşır və bu istiqamətdə kəskin addımların atılacağını gözləmir.
AzNews.az xəbər verir ki, barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful danışıb.
Onun sözlərinə görə, Almaniyadakı Ramşteyn hava bazası, Landştuldakı hərbi hospital, Qrafenvörd təlim poliqonu və Ştutqartdakı qərargah həm ABŞ, həm də Almaniya üçün strateji əhəmiyyət daşıyır.
“ABŞ bu obyektlərə ehtiyac duyur və onlar hər iki tərəfin təhlükəsizliyinə xidmət edir”, - nazir vurğulayıb.
Y.Vadeful qeyd edib ki, Vaşinqtonun hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi yeni məsələ deyil və ABŞ uzun müddətdir diqqətini Sakit okean regionuna yönəltmək niyyətini bildirir:
“Bu çərçivədə Avropanın təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsi vacib sayılır”.