FİFA prezidenti Canni İnfantino gələn il təşkilatın prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.
O, bu barədə Vankuverdə keçirilən FİFA Konqresində açıqlayıb.
İnfantino seçkilərdən əvvəl özünü təvazökar hiss etdiyini söyləyib.
"FIFA prezident seçkiləri dövrü bu gün başlayır. Mən bundan şərəf duyuram. Eyni zamanda, özümü təvazökar hiss edirəm. Hamınıza demək istəyirəm ki, gələn il keçiriləcək FIFA prezident seçkilərində namizədlərdən biri mən olacağam", - deyə o bildirib.
Mövsüm,
AzNews.az