Avropa İttifaqı (Aİ) iyunun sonuna — Kiprin Aİ Şurasına sədrliyinin bitməsinə qədər Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edə bilər.
Bu barədə Avropa Parlamentinin deputatı Tomaş Zdehovski məlumat verib.
Onun sözlərinə görə, vaxt məsələsi üzv dövlətlər arasında siyasi razılaşmadan asılı olacaq. Sanksiya paketlərinin qəbul edilməsi üçün yekdillik tələb olunduğundan danışıqlar çətin keçə bilər.
“Rusiyaya təzyiqin davam etdirilməsi üçün siyasi iradə mövcuddur. Lakin konkret tarixlər müəyyən etməkdə ehtiyatlı olmaq lazımdır. Paket hazırkı sədrliyin müddəti bitənə qədər qəbul oluna bilər, amma bu, zəmanətli deyil”, – deyə o bildirib.
Zdehovski qeyd edib ki, 21-ci sanksiya paketinin əsas məqsədi mövcud boşluqları aradan qaldırmaq, icra mexanizmlərini gücləndirmək və Rusiyaya hələ də ciddi gəlir gətirən sektorları hədəfə almaq olacaq.
Mövsüm,
AzNews.az