Iğdırın Qaraqoyunlu rayonuna bağlı Qoçqıran kəndində dostları ilə oynayan 13 yaşlı V.A. evdən gətirdiyi və kimə məxsus olduğu bilinməyən silahla zarafat etmək istəyərkən qəfil atəş açılıb.
Güllənin dəydiyi 12 yaşlı B.I. ağır yaralanıb.
Hadisə yerinə sakinlərin məlumatı əsasında təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Xəstəxanada həyatını itirdi
Təcili yardım avtomobili ilə Iğdır Dövlət Xəstəxanasına çatdırılan B.I., həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib.
Hadisə ilə bağlı ata E.A. və oğlu V.A. saxlanılıb. Jandarma əməkdaşları kənddə təhlükəsizlik tədbirləri həyata keçirib.
Mövsüm,
AzNews.az