İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində sistemlərin aktiv fəaliyyəti müşahidə olunub.
Yerli vaxtla saat 23:30 radələrində hava hücumundan müdafiə vasitələrinin işə düşdüyü, bunun nəticəsində isə aşağı intensivlikli partlayış səslərinin eşidildiyi bildirilir.
“Tasnim” hava hücumundan müdafiə sistemlərinin hava məkanında aşkarlanan kiçik uçuş aparatları və müşahidə dronlarına qarşı istifadə edildiyini açıqlayıb.