Tramp İran yığmasının dünya çempionatında iştirakına qarşı deyil

1 May 2026 07:15 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirakına etiraz etmədiyini bildirib.

Aznews.az xəbər verir ki, Tramp bu barədə "Newsmax"a müsahibəsində danışıb.

“Canni belə deyibsə, mən etiraz etmirəm”, – deyə Tramp bildirib.

Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino İran milli futbol komandasının 2026-cı ilin dünya çempionatında iştirak edəcəyini təsdiqləyib.