Moldova ABŞ məhsullarının əksəriyyətinə rüsumları ləğv edir

1 May 2026 07:35 (UTC+04:00)

Moldova parlamenti ABŞ-dan idxal olunan əksər sənaye məhsullarına tətbiq edilən gömrük rüsumlarının ləğvi ilə bağlı qanunu qəbul edib.

Aznews.az xəbər verir ki, qərara əsasən, tibbi və rəqəmsal texnika, avadanlıqlar, dəqiq cihazlar və bir sıra digər məhsullar rüsumdan azad edilir.

Bununla belə, ölkə yerli istehsalçıları qorumaq üçün ət, süd məhsulları və şəkər idxalına rüsumları saxlayır. Qanun 1 iyul 2026-cı ildən qüvvəyə minəcək.

Statistikaya görə, ABŞ-dan idxal son bir ildə 44%-dən çox artsa da, Moldovanın ABŞ-a ixracı azalıb və bu addım ticarət balansını tənzimləməyə yönəlib.