ABŞ Avropada təxminən 80 min hərbçi yerləşdirib və bu kontingentin sayı beynəlxalq vəziyyətə uyğun olaraq mütəmadi dəyişir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndəsi məlumat verib.
“Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşdirilib. Onların təxminən 38 mini daimi və rotasiya əsaslı olaraq Almaniyada xidmət edir”, – deyə nümayəndə bildirib.
O qeyd edib ki, ABŞ qüvvələri Almaniyanın bir neçə bölgəsində, o cümlədən Visbaden, Reyn-Pfalts, Ştutqart və Bavariya ərazilərində yerləşdirilib.
Nümayəndə əlavə edib ki, kontingentin sayı planlı təlimlər və qüvvələrin rotasiyası ilə bağlı olaraq demək olar ki, hər ay dəyişir.
Mövsüm,
AzNews.az