İşğaldan azad olunmuş ərazilərdə abidələrə dəyən ziyan 700 milyon manatdan çoxdur

1 May 2026 12:20 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərdə abidələrə dəyən ziyanın məbləği 700 milyon manatdan artıqdır.

Aznews.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələrsektorunun baş məsləhətçisi Fariz Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiyada deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 575 abidənin monitorinqi yekunlaşıb:

"68 abidə tamamilə yer üzündən silinib, 114 abidə ciddi dağıntıya məruz qalıb. Tarixi 434 abidəyə dəyən ziyan 700 milyon manatdan artıqdır".

O qeyd edib ki, 130-dan artıq abidə monitorinq hələ aparılmayıb, səbəb isə ərazilərdə mina təhlükəsidir.

O həmçinin məlumat verib ki, dövlət qeydiyyatına düşməyən ölkə üzrə 1400-dən artıq abidənin reyestr daxil edilməsi üçün ekspert Şurası yaradılıb, 761 abidə barəsində isə müvafiq rəylər toplanılıb.