Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

1 May 2026 12:56 (UTC+04:00)

Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədalət Fərəcov bu ordenlə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.