İki ölkə arasında Rövşən Lənkəranski qalmaqalı

23 Sentyabr 2013 09:26 (UTC+04:00)
İtaliya hüquq-mühafizə orqanları beynəlxalq axtarışa verdikləri yeddi "vorzakon"u Rusiyadan tələb edib.


"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, onlardan böyük əksəriyyətinin bu ölkənin ərazisində olması ehtimalını nəzərə alan İtaliya polisi onların arasında Aslan Usoyanın qətlində iştirakda şübhəli bilinən Cemal Mikeladzenin də adını çəkib.

Rusiya hüquq-mühafizə orqanlarından olan mənbə isə bildirib ki, italiyalı həmkarlarının həbsləri üçün yardım etmələrini tələb etdikləri həmin avtoritetlər arasında Rövşən Canıyev, Kobu Axvlediani, laşu Nijaradze, Kaxu Makalatiya, Kaxabera Parpeliya, Ramaza Djinçaradze, David Kazaryan, həmçinin iki killer Zurab Çokoeva və Zurab Djinoriya da var.

İtaliya dövləti hesab edir ki, bu avtoritetlərin bir çoxu Rusiya ərazisindədir və bunun üçün Rusiya hökumətindən bu barədə onları məlumatlandırmaqlarını xahiş ediblər.

AzNews.az