Diplomatik heyət üzvləri üçün yeni güzəşt müəyyənləşir

1 May 2026 14:01 (UTC+04:00)

Diplomatik heyət üzvləri üçün yeni güzəşt müəyyənləşir.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər. Bu sıraya digər diplomatik heyət üzvləri də daxil edilir.

Başqa sözlə, xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçıları və digər diplomatik heyət üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.