ABŞ Hərbi Dəniz Qüvvələri Hürmüz boğazında İranın yerləşdirdiyi dəniz minalarını aşkar etmək üçün süni intellektdən istifadəni genişləndirir.
“Reuters”in məlumatına görə, bu məqsədlə “Domino Data Lab” şirkəti ilə dəyəri 100 milyon dollara qədər olan müqavilə imzalanıb. Yeni sistemlər sayəsində sualtı dronlar əvvəllər aylarla vaxt aparan mina aşkarlanmasını artıq bir neçə gün ərzində həyata keçirə biləcək.
Şirkət nümayəndəsi bildirib ki, bu yanaşma ənənəvi gəmi əsaslı mina axtarışından süni intellektlə idarə olunan texnologiyalara keçidi göstərir. Layihənin əsas məqsədi qlobal ticarət üçün kritik əhəmiyyət daşıyan Hürmüz boğazında təhlükəsizliyi artırmaqdır.
Mövsüm,
AzNews.az