ABŞ-nin Kentukki ştatında banka silahlı hücum: iki nəfər həlak olub

1 May 2026 15:37 (UTC+04:00)

ABŞ-nin Kentukki ştatında qarətçi iki bank əməkdaşını güllələyərək öldürüb.

Bu barədə ABC News məlumat yayıb.

"Cümə axşamı günorta saatlarında Kentukkinin mərkəzi hissəsində maskalı şəxs qarət zamanı iki bank əməkdaşını güllələyib", — deyə materialda qeyd olunub.

Bildirilir ki, şübhəli şəxs Berea şəhərindəki "US Bank" filialına daxil olub, atəş açıb və hadisə yerindən qaçıb. Hazırda hücum edən şəxsin axtarışları davam edir. Hüquq-mühafizə orqanları sakinləri diqqətli olmağa və şübhəli hallarla bağlı məlumat verməyə çağırıb.

Mövsüm,

AzNews.az