Rabitə işçilərinin maaşları artırılacaq

23 Sentyabr 2013 09:35 (UTC+04:00)
RİTN-in özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq.

RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AzNews.az-a açıqlamasında bildirib ki, sözügedən artım RİTN-də keçirilmiş Kollegiya İclasının qərarına əsasən həyata keçiriləcək:

"Prezidenti İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 2013-cü ildə bir sıra sərəncamlar imzalayıb. Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin əməkhaqları 10 faiz həcmində artırılıb. Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq".

Ruhiyyə
AzNews.az