Xarici diplomatlar Şuşada - FOTO

1 May 2026 18:22 (UTC+04:00)

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada olublar.

Aznews.az xəbər verir ki, diplomatlar Şuşa şəhərində “ASAN xidmət” mərkəzinə baş çəkiblər.

Qonaqlara mərkəzin əhaliyə göstərdiyi xidmət çeşidi haqda ətraflı məlumat verilib.

Eyni zamanda, diplomatlar şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.