Roma Papasından GÖZLƏNİLMƏZ QƏRAR: Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildi

2 May 2026 09:53 (UTC+04:00)

Roma Papası XIV Leo ABŞ-nin Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasının rəhbəri postuna vaxtilə ölkəyə qanunsuz yollarla gələn keçmiş miqrantı təyin edib.

AzNews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb.

Mənbənin məlumatına əsasən, Evelio Menxivar-Ayala hələ yeniyetmə ikən Salvadordan ABŞ ərazisinə keçmək üçün dəfələrlə cəhd edib, lakin hər dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nəhayət, o, avtomobilin yük yerində gizlənərək Birləşmiş Ştatlara qeyri-qanuni şəkildə daxil olmağı bacarıb.

Bu vəzifəyə gətirilməzdən öncə, o, ABŞ hökumətinin miqrantlara qarşı yönəlmiş siyasətini insan hüquqları sahəsində ciddi problem kimi qiymətləndirərək tənqid edirdi.