Xəzər dənizində zəlzələ oldu - FOTO

2 May 2026 10:50 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ 27 km dərinlikdə baş verib.

3 maqnitudalı yeraltı təkan yerli vaxtla 09:50 baş verib.