ABŞ ilə İran arasında yenidən münaqişənin baş verməsi ehtimalı var və ölkənin silahlı qüvvələri buna tam hazır vəziyyətdədir.
Bu barədə İran rəsmisi Məhəmməd Cəfər Əsədi bildirib.
Onun sözlərinə görə, indiyə qədərki təcrübə göstərir ki, ABŞ öhdəliklərinə sadiq qalmır. Əsədi əlavə edib ki, hərbi qiymətləndirmələrə əsasən, Vaşinqtonun konkret addım atıb-atmamasından asılı olmayaraq gərginlik artmaqda davam edə bilər.
İran rəsmisi vurğulayıb ki, ölkə hər hansı düşmən addımına cavab verməyə hazırdır və mümkün eskalasiyaya qarşı bütün hazırlıqlar görülüb.