Zelenski də Ermənistana səfər edəcək

2 May 2026 15:45 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfərini təsdiqləyib.

AzNews.az Axar.az-a istinadən xəbər verir ki, Zelenski İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçirildiyi gün – 4 mayda Ermənistan paytaxtına gələcək.

Qeyd edək ki, bundan öncə erməni mediası Zelenskinin Ermənistana Rusiyaya görə “gizli səfər edəcəyi” haqda iddia yaymışdı.