AXCP Ali Məclisinin sədri xəstəxanaya yerləşdirildi

23 Sentyabr 2013 10:16 (UTC+04:00)
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti pisləşdiyindən bu gün səhər o, xəstəxanaya yerləşdirlib.


Bu barədə Modern.az saytına Həsən Kərimovun xanımı Almaz Kərimova məlumat verib. O, bildirib ki, şiddətli ürək ağrılarından halı pisləşən Həsən Kərimovu evdə saxlamaq mümkün olmadığından təcili xəstəxanaya aparılıb.

"Hazırda Həsən bəy xəstəxanada həkim nəzarətindədir. Ürəyində problemlər var. Özünü yaxşı hiss etmirdi. Həkimin ilkin müayinəsindən sonra bir qədər özünə gəlib. Həkimlərdən cavab gözləyirik"-deyə Almaz Kərimova bildirib.

Qeyd edək ki, Həsən Kərimov bundan öncə də ürəyindəki ağrılarla əlaqədar dəfələrlə xəsətəxanaya yerləşdirilmişdi. O, 3 dəfə infarkt keçirib.

AzNews.az