Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanaldan aşkarlanan meyitin kimliyi məlum olub.
Aznews.az xəbər verir ki, aşkarlanan meyit Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.
Qeyd edəki ki, cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.