Hafiz Hacıyevdən təşviqat materialı ilə bağlı açıqlama

23 Sentyabr 2013 10:24 (UTC+04:00)




MMP sədri Hafiz Hacıyev "Azərbaycan" qəzetinin 22 sentyabr sayında 4-cü səhifədə onun ödənişsiz təşviqat materialının yerinin boş saxlanılmasına münasibət bildirib.

Bu barədə "Qafqazinfo"ya açıqlama verən Hafiz Hacıyev bildirib ki, şəkil məsələsində problem olub:

"Bizim qərargahdan şəkil istəyiblər. Onlara şəkil çatmayıb, bunlar texniki problemdir. İndi bizə qəzetdən zəng vurub, üzr istədilər. Deyəsən, bu işlərə Bəxtiyar adlı birisi baxır. Səhlənkarlığa yol veriblər. Bilmirsən kim kimə işləyir? Bir şəkillə bizi tanımırlar ki? Bizi bütün dünya tanıyır. Bu səfər çıxmadı material, nə olacaq ki, gələn səfər çıxar. Bizim yerimiz Azərbaycan xalqının ürəyindədir".

AzNews.az