Suriyada 200 türkün başını kəsdilər- Foto

23 Sentyabr 2013 10:27 (UTC+04:00)
Dünən Suriyanın Humus vilayətində türkmən qətliamı yaşanıb.


Suriya Türkmən Cəbhəsinin sədri Əli Öz Türkmənin lent.az-a verdiyi məlumata görə, "Əl-Qaidə" terror təşkilatına bağlı "Əl-Nusra Cəbhəsi" qruplaşmasının döyüşçüləri Humusun Əl-Nisa kəndində yaşayan 200 türkməni vəhşicəsinə qətlə yetiriblər.

Türkmənlərin boğazları kəsilib, evləri yandırılıb. Əli Öz Türkmən bu olaya türk xalqlarının, Türkiyənin türkmənlərin reaksiya verməyə, türkmən qətliamının qarşısının alınması üçün təcili addımlar atmağa çağırıb.

AzNews.az