ABŞ Kubada hərbi əməliyyat ehtimalını nəzərdən keçirir

2 May 2026 20:50 (UTC+04:00)

Ağ Ev mövcud hökuməti devirmək üçün Kubada hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir.

Aznews.az xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı öz mənbələrinə istinadən xəbər verib.

Məlumata əsasən, Vaşinqton Havananı dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi daxil olmaqla iqtisadi islahatlar həyata keçirməyə təşviq etməyə çalışır.

ABŞ-nin Kubaya qarşı digər tələbi Amerika enerji resurslarının alınmasıdır.