İspaniya La Liqası: "Barselona" "Osasuna"nı məğlub etdi

3 May 2026 01:20 (UTC+04:00)

İspaniya La Liqasının 34-cü turunda "Barselona" səfərdə "Osasuna" üzərində 1:2 hesablı qələbə qazanıb.

AzNews.az xəbər verir ki, qarşılaşma Pamplonadakı "El Sadar" stadionunda baş tutub.

Qollar görüşün son on dəqiqəsində vurulub. Hesabı 81-ci dəqiqədə Robert Levandovski açıb. Beş dəqiqə sonra Ferran Torres fərqi artırıb. 88-ci dəqiqədə isə "Osasuna"nın hücumçusu Raul hesab arasındakı fərqi azaldıb.

Bu nəticədən sonra "Barselona" 88 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Osasuna" isə 42 xalla 10-cu pillədədir.