Vuçiç: ABŞ–Aİ münasibətləri “dönüşü olmayan nöqtəyə” çatıb

3 May 2026 01:33 (UTC+04:00)

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər artıq “geri dönüşsüz nöqtəyə” çatıb.

Vuçiç bu fikirləri “Informer TV” telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, tərəflərin maraqları artıq üst-üstə düşmür və bu, münasibətlərdə ciddi dönüş nöqtəsi yaradıb.

Prezident vurğulayıb ki, əsas məsələ münasibətlərin tamamilə pisləşməməsidir: “Vacib olan odur ki, bu əlaqələr ən azı işlək səviyyədə qalsın.”

Vuçiç həmçinin ABŞ prezidenti Donald Trampın Avropadan qoşunların çıxarılması ilə bağlı açıqlamalarını ciddi qiymətləndirdiyini bildirib. O