CENTOM: İranla əlaqəli 48 gəmi istiqamətini dəyişdi

3 May 2026 02:17 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 48 gəmini marşrutunu dəyişməyə məcbur edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.

Qurumun sosial şəbəkə paylaşımında bildirilir ki, “son 20 gün ərzində 48 gəmi blokadanın təmin edilməsi məqsədilə yönləndirilib”.

Bundan əvvəl, 26 apreldə CENTCOM açıqlamışdı ki, blokadanın başlanmasından etibarən istiqaməti dəyişdirilən gəmilərin sayı 38 olub. ABŞ hərbçilərinin İran limanlarına nəzarəti davam etdirdiyi, gəmilərin giriş-çıxışını məhdudlaşdırdığı qeyd olunub.

Digər tərəfdən, İran Silahlı Qüvvələri 18 apreldə ABŞ-ın dəniz blokadasına cavab olaraq Hörmüz boğazı üzərində hərbi nəzarətin bərpa olunduğunu açıqlayıb. Daha sonra isə Tehran blokada aradan qaldırılana qədər boğazı bağladığını elan edib.