DSX-nin hərbi qulluqçusu "Bakı Marafonu 2026"da yüksək nəticə əldə edib

3 May 2026 17:18 (UTC+04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı Marafonu 2026"da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu da iştirak edib və yüksək nəticə qazanıb.

Aznews.az xəbər verir ki, Bu barədə DSX-dən məlumat verilib.

"Marafonun iştirakçıları arasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Yusubova Anna da yer alıb", məlumatda bildirilib və əlavə edilib ki, yüksək fiziki hazırlıq nümayiş etdirən hərbi qulluqçu 42 kilometrlik məsafəni 2 saat 55 dəqiqə 52 saniyəyə qət edərək ikinci yerə layiq görülüb.