Saxta diplomlarla bağlı daha bir açıqlama

23 Sentyabr 2013 11:09 (UTC+04:00)
Təhsil Nazirliyi tərəfindən bütün təyinatlar zamanı, o cümlədən müəllimlərin işə qəbulu prosesində təhsil sənədləri ciddi yoxlanılır.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu zaman dövlət nümunəli olmayan sənədlər aşkar edildikdə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına yönəldilir. Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi təhsil sənədlərinin yoxlanması prosesini tam şəffaf şəkildə təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanda 55 ali təhsil müəssisəsi var. Onlardan 15-i özəl, 11-i xüsusi təyinatlı, 29-u isə dövlət ali təhsil müəssisəsidir.

AzNews.az