İsveç sahil mühafizəsi "Jin Hui" adlı tankeri saxlayıb.
Aznews.az "Fokus" nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin açıqlama yayıb.
Onun sözlərinə görə, gəmi böyük ehtimalla saxta bayraq altında fəaliyyət göstərib və Avropa İttifaqı, Böyük Britaniya və Ukraynanın sanksiya siyahılarına daxil edilib.
Nazir bildirib ki, gəminin texniki vəziyyəti və sığortasının olmaması ilə bağlı da suallar var.
Tankerin saxlanılması İsveçin ərazi sularında, onun Baltik dənizinə doğru hərəkəti zamanı baş verib.
Hazırda gəmi Trelleborq limanında lövbər salıb və araşdırmalar davam edir. Sahil mühafizəsi şübhəli gəminin təyinat məntəqəsinin də qeyri-müəyyən olduğunu qeyd edib.