Omanın cənub-qərbində sahil sularının rəngi qırmızıya çevrilib. Buna səbəb çoxlu sayda xırda krevetlərin (kril) kütləvi şəkildə tələf olaraq sahilə çıxmasıdır.
Salala şəhər sakini Syah Məhəmməd bildirib ki, Mirbat sahillərinə böyük miqdarda ölü kril yığılıb və bu səbəbdən dəniz suyu qırmızı rəngdə görünməyə başlayıb.
“RIA Novosti”yə danışan sakin qeyd edib ki, mənzərə sanki dənizin qan rənginə boyandığını xatırladır.
“Muscat Daily” qəzetinin məlumatına görə, Mirbat şəhərinin vəhşi təbiətin mühafizəsi və su ehtiyatları idarəsi, həmçinin yerli bələdiyyə sahillərin təmizlənməsi işlərinə başlayıb.
Rəsmilər bildirir ki, məqsəd həm insanların sağlamlığı üçün risklərin qarşısını almaq, həm də ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və sahil zonasının əvvəlki vəziyyətinə qaytarılmasıdır.