Kremldə çevriliş qorxusu: Putin sığınacaqda gizlənir?

4 May 2026 14:40 (UTC+04:00)

Kremldə dövlət çevrilişi və sui-qəsd qorxusu böyüdükcə, Rusiya Prezidenti Vladimir Putinin ətrafında misli görünməmiş təhlükəsizlik tədbirləri tətbiq olunmağa başlanıb. Sızdırılan kəşfiyyat hesabatı Rusiyada artan daxili gərginliyin və müharibənin yaratdığı təzyiqin ali rəhbərliyi sarsıtdığını üzə çıxarıb.

"CNN International" nəşrinin əldə etdiyi Avropa kəşfiyyat hesabatı Kremldə dərinləşən böhranı və Vladimir Putinin ətrafında alınan fövqəladə mühafizə tədbirlərini gözlər önünə sərib. Sui-qəsd iddiaları, çevriliş qorxusu və daxili çəkişmələr Moskvada gərginliyi pik həddə çatdırıb.

Putinin yaxın ətrafına sərt nəzarət

Hesabata görə, Kremldə yüksək rütbəli hərbçilərə qarşı sui-qəsd dalğası və çevriliş ehtimalı səbəbindən Putinin təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırılıb:

Ziyarətlər dayandırılıb, sığınacaqlar dövrəyə girib

Kəşfiyyat hesabatı Putinin hərəkət sahəsinin kəskin şəkildə daraldığını göstərir:

Dron hücumu və sui-qəsd xofu

Hesabatda qeyd olunur ki, 2026-cı ilin martından bəri Kreml məxfi məlumatların sızması və Putinə qarşı sui-qəsd yaxud çevriliş cəhdi ehtimalından ciddi narahatdır. Putinin xüsusilə siyasi elitadan gələ biləcək hücumlarda pilotsuz uçuş aparatlarının (PUA) istifadə edilməsindən çəkindiyi vurğulanır.

"Çevriliş riski" və Şoyqu faktoru

Sənədin ən diqqətçəkən hissələrindən biri keçmiş müdafiə naziri Sergey Şoyqu ilə bağlıdır. Vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurasının katibi təyin olunan Şoyqunun, hərbi komandanlıq üzərindəki təsiri səbəbindən "çevriliş riski" ilə əlaqələndirildiyi öne sürülür. Şoyqunun yaxın dostu Ruslan Tsalikovun korrupsiya ittihamı ilə həbsi "elita daxilindəki tarazlıqların sarsılması" kimi şərh edilir.

Generalların davası: "Zabitləri qoruya bilmirsiniz!"

Kremldəki gərginlik yüksək vəzifəli şəxslər arasında sərt mübahisələrə səbəb olub. 2025-ci ilin dekabrında bir rus generalının öldürülməsindən sonra Baş Qərargah rəisi Valeri Gerasimov FSB rəhbəri Aleksandr Bortnikovu "zabitləri qoruya bilməməkdə" günahlandırıb. Təhlükəsizlik qurumları isə resurs çatışmazlığından şikayət ediblər.

Müharibənin ağır bədəli və 9 May dəyişikliyi

Qərb hesablamalarına görə, Rusiya Ukrayna müharibəsində hər ay təxminən 30 min itki verir. Cəbhədəki ləng irəliləyiş və artan xərclər Kreml üzərindəki təzyiqi artırır. Hətta indiyədək proseslərdən təsirlənməyən elit təbəqə arasında belə iqtisadi problemlər və rabitə kəsintiləri narazılıq yaradıb.

Kremlin sözçüsü Dmitri Peskov təhlükəsizlik səbəbi ilə bu il 9 May Qələbə Günü paradının formatının dəyişdiriləcəyini açıqlayıb. Paradda ağır silahlara yer verilməyəcək. Peskov bunu "terror təhlükəsi mühitində riskləri minimuma endirmək"lə izah edib.

Kremldə paranoya dərinləşir

Sızdırılan hesabat Kremldə böyüyən paranoya və daxili çəkişmələr haqqında nadir detallar təqdim edir. Bu, Qərbin "Rusiyanın daxili çöküşü" ssenarisini yenidən gündəmə gətirsə də, belə məlumatların yoxlanılmasının çətinliyi və siyasi məqsədlər daşıya biləcəyi də vurğulanır.